Azedu.az

“Özünü təhsil eksperti adlandıran şəxslərin təcrübəsi araşdırılmalıdır”

Maraqlı

Müəllimlər və elm adamları

28 Noyabr 2023, 12:58
“Özünü təhsil eksperti adlandıran şəxslərin təcrübəsi araşdırılmalıdır”

“Özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır”.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

 

O qeyd edib ki, bir çox hallarda təhsil ekspertləri reallığı əks etdirməyən rəqəmlərlə çıxış edirlər.

 

“Həmin şəxslərlə mübarizə aparmağımız düzgün deyil. Biz işimizi və ictimaiyyətə düzgün rəqəmləri verməklə qurmalıyıq”.

 

Ü. Səttarova hesab edir ki, özünü təhsil eksperti adlandıran şəxslərin bu sahədə təcrübəsi araşdırılmalıdır. “Düşünmürəm ki, təhsil ekspertinin meyarı yoxdur. Nailiyyəti olmayan, uğursuz olan şəxs özünü ekspert adlandırır. Amma hansı məlumatın etibarlı və ya etibarsız olması qərarını biz veririk”.

Rusiyadan Azərbaycana axın - 400 min nəfər ... - Nə baş verir?
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox