Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-03 11:25:00
“Sertifikasiya ilk dəfə keçirildiyi üçün asan tərtib olundu...”

Yaxın günlərdə sertifikasiya imtahanın müsahibə mərhələsinin nəticələri elan olundu. Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzindən verilən məlumata əsasən müsahibə mərhələsində iştirak edən 99 müəllim kəsilib.

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov müsahibə mərhələsindən kəsilən müəllimlərin 1 dəfə də şansı olduğunu qeyd edib:

 

“Müəllimlərin sertifikatlaşdırılması müsabiqəsinin müsahibə mərhələsi müəllimlərin psixoloji vəziyyətini və sahib olduqları keyfiyyətləri yoxlayır. Burada müəllimin xarici görünüşü, danışığı, o cümlədən ünsiyyət, mövzunu təqdim etmə, qiymətləndirmə bacarıqları, bir sözlə, kommunikativ bacarıqları yoxlanılır. Bu mərhələdən keçə bilməyən 99 müəllim 1 il müddətində yenidən hazırlaşaraq müsabiqədə iştirak edə bilərlər".

 

Ekspert qeyd edib ki, sertifikasiya müsabiqəsi ilk dəfə keçirilməsi ilə əlaqədar olduqca asan idi:

 

“Hətta bu dərəcədə yumşaq şəkildə keçirilən sertifikasiyanın istər test, istərsə də müsahibə mərhələsindən keçməmək, sadəcə olaraq təəssüfedicidir. Düşünürəm ki, həmin 99 müəllim müsahibə mərhələsinin nəticəsindən sonra öz üzərində işləyib, nəticə çıxaracaq”- deyə fikirlərini tamamlayıb.