Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 12:24:00
Az resursla mütəxəssis hazırlamaq çətin məsələdir - NAZİR

"Az resursla dünyada rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq çətin məsələdir"

 

AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

"Ali təhsil sistemimizdə maliyyələşmə və xərclər faktoru var. Universitetlərin yanaşması bundan ibarətdir ki, vətəndaşın maddi gücü nəyə çatırsa, ona uyğun ixtisaslı kadr hazırlaya bilsin.

 

Əsas olaraq "Dünyada rəqabətə davam gətirəcək mühəndislər hazırlamaq neçəyə başa gəlir?" sualını qoymaqdır".

 

Nazir vurğulayıb ki, az resursla dünyada rəqabətə davam gətirəcək mütəxəssis hazırlamaq çətin məsələdir:

 

"Məsələn, elə universitetlər var ki, 1500 manata kompüter mühəndisi hazırlayır. Ancaq həmin ixtisaslı kadrların dünyadakı bazara uyğunlaşa biləcək potensialda olduğu sual altındadır".