Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-26 14:03:00
Hələ də valideynlərindən gizli ali məktəblərə hazırlaşan qızlar var

Son dönəmdə valideynlərindən gizli, onların razılığı olmadan ali məktəbə hazırlaşan abituriyentlərin olduğu xəbərləri ilə qarşılaşırıq. Hazırkı dövrümüzdə bu kimi problemlərin hələ də mövcud olması narahatlıq doğuran məsələdir.

  

Maraqlıdır, bəs valideynlərin övladlarının təhsil həyatına bu şəkildə müdaxilə etməsinə səbəb nədir?

 

Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Azərbaycanın Psixologiya Akademiyasının (APAK) psixoloqu Ləman Mustafayevanın mövzuyla bağlı ictimaiyyət arasında keçirdikləri sorğunun nəticələrinə istinad edərək məsələyə münasibət bildirib:

 No description available.

“Bununla bağlı ictimaiyyət arasında, xüsusən məktəblərdə sorğu keçirdik. Aldığımız nəticələr əsasında müəyyən olundu ki, 20% ana erkən ailə qurub. Bundan qaynaqlı formalaşan düşüncə forması da nisbətən mühafizəkar ailə olmaqlarına səbəb olur. Qapalı, dar düşüncəli ailə olduqları üçün də qız övladının ali təhsil almasına icazə vermirlər.  Beləliklə, məktəbi bitirdikdən sonra qızların ailə qurması məsələsi gündəmə gəlir.

 

Yuxarıda qeyd etdiyim kimi əsasən qız övladları üçün narazılıq yaradırlar. Valideynin düşüncəsinə görə, əziyyət çəkərək 4 il boyunca universitetin ödənişini etmək lazım gələcək. Övladı isə məzun olduqdan sonra işsiz qalacaq. Vəziyyətin "həll yolunu" övladını oxutmamaqda görürlər. Oxumadan da hansısa peşəyə sahib ola biləcəyi düşüncəsi onların çıxış yoludur. Keçirilən sorğunun nəticələrinə əsasən iştirak edənlərin 10%-i bu düşüncədədir".