Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-27 15:07:00
Məzar başında gözüyaşlı qalanlar - Anım günündən FOTOREPORTAJ

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

 

AzEdu.az bildirir ki, Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

 

Anım günü münasibətilə Fəxri Xiyabana kütləvi şəkildə ziyarətlər olunub. Şəhid anaları, qazilər, rəsmi şəxslər, müəllimlər, məktəb direktorları, məktəblilər və s. şəhidlərin məzarını ziyarət edib, başsağlığı diləyiblər.

 

Şəhidlərin məzarı başında ağlayan valideynlər, müharibədən qazi olaraq qayıdan vətən oğulları, ballaca əllərində bayraq və güllər, üzlərində kədərlə ziyarətə gələn məktəblilər...İkinci Qarabağ Müharibəsinin şəhidləri hər kəsin qəlbində əbədi yaşayacaq . 

 

Allah bütün şəhidlərə rəhmət etsin, ruhları şad olsun!

 

Əməkdaşımızın Fəxri Xiyabandan hazırladığı fotoreportajı təqdim edirik..