Azedu.az

Azərbaycan alimlərinin məruzəsi...- Beynəlxalq konfransda

19 Sentyabr 2023, 15:38
Azərbaycan alimlərinin məruzəsi...- Beynəlxalq konfransda

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostatın həmmüəllifi olduqları “Kiberhücum qraflarının əsasında kiber-fiziki sistemlərin kritikliyinin qiymətləndirilməsi” adlı məruzə Rusiyanın Kursk şəhərində keçirilən XVII beynəlxalq elmi-texniki konfransda müzakirə olunub.

 

İnstitutdan AzEdu.az-a bildirilib ki, hibrid formatda təşkil olunmuş konfransda çıxış edən L.Suxostat tədqiqatın Bayes kiberhücum qraflarından istifadə etməklə kiber-fiziki sistemlərin təpələrinin kritikliyini qiymətləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb.

 

Məruzəçi qeyd edib ki, kiber-fiziki sistemləri kritiklik nöqteyi-nəzərindən modelləşdirərkən informasiya və əməliyyat texnologiyaları arasındakı əlaqə nəzərə alınmalıdır. Tədqiqat işində kiberhücumların inkişaf istiqamətini müəyyən etmək üçün “Bayes” kiberhücum qrafı təqdim olunub. Kiber-fiziki sistem qovşaqlarının kritikliyi “Promethee II” alqoritmindən istifadə etməklə qiymətləndirilib.

Solovyov Azərbaycanı görün, nə ilə hədələdi...
Son xəbərlərDaha çox