https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-16 13:34:44
17 yaşlı qız itkin düşüb - FOTO 

İsmayıllı rayon sakini, 2006-cı il təvəllüdlü Əsmər Əbülfəs qızı İsmayıllı sentyabrın 8-də yaşadığı ünvandan çıxıb, bir daha geri qayıtmayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

 

Şəkildəki şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər, (050) 280-45-00, (050) 775-75-74 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.