Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-09-11 10:26:00
BMU- da abituriyentlərə kömək: işçi qrupu yaradılıb

Bakı Mühəndislik Universitetinə (BMU) 2023-2024-cü tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul olunan abituriyentlərin qeydiyyat prosesi (portal.edu.az) davam edir. Onlayn şəkildə gerçəkləşdirilən prosesdə abituriyentlərə kömək, həmçinin qeydiyyatı uğurla tamamlanan şəxslərlə bağlı müvafiq prosedurların həyata keçirilməsi məqsədilə BMU-da sənəd qəbulu üzrə işçi qrup da fəaliyyət göstərir.

 

AzEdu.az xəbər verir ki, işçi qrup tərəfindən BMU-nu seçmiş abituriyentlərin müraciətləri cavablandırılır, eləcə də onların üzləşdikləri hər hansı problemlə əlaqədar suallarına aydınlıq gətirilir, mümkün köməklik göstərilir.

 

Nəzərə çatdıraq ki, tələbə adını qazanmış şəxslərin portal.edu.az platformasında elektron sistem üzrə qeydiyyatı 14 sentyabr saat 18:00-da başa çatacaq. Bu müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbulu haqqında əmr Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəbə göndərilməyəcək (https://beu.edu.az/az/announcement/baki-muhendislik-universitetine-qebul-olunan-abituriyentlerin-nezerine-350).

 

Bu günə olan məlumata əsasən, BMU-ya yeni qəbul olunan abituriyentlərin artıq 80 faizə yaxını portal.edu.az vasitəsilə qeydiyyatdan keçib.