Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-25 14:04:28
lll qrup: 16 min 67 plan yeri nəzərdə tutulub

2023/2024-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.

 

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a bildirilib ki, 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinin III ixtisas qrupunda DT altqrupu üzrə Azərbaycan (11185) və rus (1247) bölmələri, hər iki bölmənin birgə müsabiqəsi (1860) üzrə cəmi 14 min 292 plan yeri nəzərdə tutulur. 4045 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

 

TC altqrupu üzrə isə Azərbaycan (1250) və rus (265) bölmələri, hər iki bölmənin birgə müsabiqəsi (260) üzrə cəmi 1775 plan yeri nəzərdə tutulur. 220 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

 

Ümumilikdə III ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə cəmi 16067 plan yeri nəzərdə tutulur. Ümumilikdə 4265 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.

 

Qeyd edək ki, filologiya ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 30 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. İxtisas seçimi bütün qruplar üzrə avqustun 28-i saat 23:59-dək internet vasitəsilə aparılır. İxtisas seçmək hüququ olan abituriyentlər (o cümlədən subbakalavrlar) müsabiqə şərtini ödədikləri ixtisas qrupuna (qruplarına), o cümlədən altqrupuna (altqruplarına) aid olan 15-dək ixtisasın kodunu qeyd edə bilərlər.