Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-15 13:18:31
DİM sədri şəhid övladları ilə görüşüb

“YAŞAT” Fondunun və ASAN Könüllüləri Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən və Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsinin 5-ci həftəsinə start verilib. 

 

Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, 14 Avqust 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə düşərgə iştirakçıları ilə görüşüb. O, uşaqların ixtisas və peşə seçimi barədə suallarını cavablandırıb, şagirdlərin bu prosesdə diqqət etməli olduqları məqamlar haqqında danışıb.

 

Həmçinin görüş çərçivəsində Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin əməkdaşı Gülü Əliyeva uşaqlara peşə seçiminin psixoloji məqamları barədə interaktiv təlim keçib. Təlimdə uşaqlara peşə seçimi zamanı nələrə diqqət yetirməli, doğru peşə seçimi necə edilməli, peşə seçiminə təsir göstərən amillər və müxtəlif peşələr barədə məlumat və tövsiyələr verilib.

 

Görüşün sonunda iştirakçılara Dövlət İmtahan Mərkəzinin müxtəlif siniflərə aid 260 adda qiymətləndirmə vəsaitləri hədiyyə edilib.