Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-11 12:17:43
DİM sədrindən valideynlərə: “Uşaqların istəklərini öyrənin”

Dövlət İmtahan Mərkəzinin rəhbəri abituriyent və valideynlərə müraciət edib
“Abituriyentlər hansı ixtisasda özlərini mütəxəssis kimi görmək istəyirsə, o istiqamətdə ixtisas seçməlidirlər”.

 

AzEdu.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Mərkəzin “Youtube” kanalında canlı yayım zamanı II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” mövzusunda danışarkən bildirib. 

 

DİM sədri valideynlərə müraciət edərək söyləyib ki, ixtisas seçimində övladlarının istəyini nəzərə alsınlar:

 

“Mən həmişə bununla bağlı müraciət edirəm. Yenə də valideynlərə üzümü tutub deyirəm ki, uşaqların istəklərini öyrənin. Ondan sonra birgə seçim edin, çünki abituriyentin fikrinin əsas götürülməsi çox vacibdir”.