Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-08-05 09:04:00
Rezidenturaya sınaq imtahanı keçirilir

Bu gün rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün qəbul imtahanının ikinci mərhələsi (ixtisas fənləri üzrə biliklərin qiymətləndiriliməsi imtahanı) üzrə sınaq imtahanı keçirilir.


Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, sınaq imtahanı DİM-in Nəsimi rayonu, Ə. Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında (8 Noyabr metrostansiyasının yanı) kompüter vasitəsilə elektron formada keçiriləcək və saat 10:00-da başlayacaq.


Sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılacaq.