Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-27 12:54:00
“Azərbaycanda pulsuz təhsil yoxdur” - Deputatdan TƏNQİD
 
"Azərbaycan universitetlərinin büdcəsi əsasən ödənişli təhsil alan tələbələrin köçürdükləri vəsaitin və dövlət sifarişi ilə təhsilalanlara dövlətin ödədiyi vəsaitlərin hesabına formalaşır".
 
 
AzEdu.az xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev bildirib. 
 
 
"Azərbaycanda pulsuz təhsil yoxdur. Azərbaycan universitetlərinin büdcəsi əsasən ödənişli təhsil alan tələbələrin köçürdükləri vəsaitin və dövlət sifarişi ilə təhsilalanlara dövlətin ödədiyi vəsaitlərin hesabına formalaşır. Dövlət Universitetlərə tədqiqatlar üçün 1 manat da ayırmır. Ödənilən təhsil haqlarının 80-85 faizi müəllimlərin əməkhaqqına və qalan hissəsi isə Universitetin digər xərclərinə sərf olunur.
 
Amerika Universitetlərinin reytinqlərdə qabaqcıl sıralarda olmasının əsas səbəblərindən biri ilbəil artan maliyyə vəsaitidir. Və universitetlərin qarşısında 4 konkret məqsəd dayanır: maliyyə, baza ali təhsili, elmi tədqiqatlar və sənaye ilə əlaqələr. Məşhur təhsil mütəxəssisi Uilyam Bouenin yazdığı "Universitetlər rəqəmsal epoxada" adlı kitabından: "2001-ci ildə Harvard Universitetinin büdcəsi 18 milyard dollar, Yel Universitetinin büdcəsi 10,7 milyard dollar, Prinstonun büdcəsi isə 8,4 milyard dollar təşkil edib. 2011-ci ildə Harvardın büdcəsi 31,7 milyard dollara, Yelin büdcəsi 19,4 milyard dollara, Prinstonun büdcəsi isə 17,1 milyard dollara çatıb.
 
 
Bu vəsaitlərin kişik bir hissəsi tələbə köçürmələrindəndir.
 
 
Azərbaycanda elmə büdcədən cəmi 0,2 faiz vəsait ayrılır. Universitetlər isə hələ uzun illər tələbələrin hesabına yaşayacaq. Universitet tədqiqatları maliyyələşdirilməlidir. Əlbəttə ki, Amerika ilə bizi müqayisə etmək qüsurludur, ancaq təcrübə kimi öyrənilməsi vacibdir. Bir neçə universitetimizin reytinqlərdə yer alması rektor səriştəsi tədqiqatlardan baş açmaları və alimlərin çalışmalarının hesabına baş tutur. 4-cü Sənaye İnqilabının ixtisaslarına maliyyə vəsaiti tapılmalıdır. Yoxsa biz 2-ci və 3-cü Sənaye İnqilablarının arxasınca qaçdığımız kimi, 4-cü Sənaye İnqilabının da arxasınca qaçacağıq", - deyə E.Əliyev vurğulayıb