Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-24 10:53:07
Dövlət qulluğuna qəbul olunanlar and içdilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Agentliyində daimi dövlət qulluğuna yeni qəbul olunmuş əməkdaşların andiçmə mərasimi keçirilib.

 

Əməkdaşları peşə bayramları günü münasibətilə təbrik edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin yeni sərəncamı ilə daha 10 nəfər nazirlik əməkdaşının təltif edildiyini diqqətə çatdırıb. O, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, təltif olunan əməkdaşları təbrik edib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 2018-ci ildən nazirliyin 102 əməkdaşının dövlət təltiflərinə layiq görüldüyü qeyd olunub.

 

Nazirliyin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Nərmin Bayramova nazirlik sistemində dövlət qulluğunun inzibati vəzifələri üzrə vakant yerlərə işə qəbul prosesinin nəticələrinə dair təqdimatla çıxış edib.

 

2018-2023-cü illərdə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş müsabiqə və müsahibələrdə uğur qazanmış 847 nəfərin nazirlik sistemində inzibati vəzifələrə işə qəbul olunduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Dövlət İmtahan Mərkəzinin açıqladığı məlumatlara əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həm sertifikat, həm də ümumi müsahibə nəticələri əsasında dövlət qulluğuna qəbul edilənlərin sayına görə dövlət orqanları sırasında birinci yeri tutub.

 

Yeni işə qəbul olunan 54 gənc and içib, çıxış edərək göstərilən inam və etimadı daim layiqli səviyyədə doğruldacaqlarını vurğulayıblar.

 

Dövlət başçısının 2023-cü il 22 iyun tarixli Sərəncamı ilə təltif edilən əməkdaşların adları oxunub. Onlar fəaliyyətlərinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, daim bu böyük etimada layiq səviyyədə fəaliyyət göstərəcəklərini bildiriblər.