Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-22 11:24:43
“Lütfi Zadənin nəzəriyyəsini Amerika qəbul etmirdi, amma Yaponiya...”  

 

“Süni intellekt ümumi bəşəri intellekti gücləndirəcək. Bu da elmdən gəlir. Bütün ziqzaqlarda bəşəriyyəti çətin situasiyadan idman və roman yox, ancaq elm çıxarıb. O vaxt mənə sual verdilər ki, elm niyə belə bəsitləşib ki, COVID-19-a vaksin tapa bilmirlər? Cavab verdim ki, bəsitləşməyib, Vaksin yaratmaq üçün 10, 15, 20 il zaman lazımdır. Onun sintezi, eksperimenti zaman alır. 2 ilə vaksin yaradan alimlərə «sağ ol» demək lazımdır. Ancaq dünya Ronaldo və Messiyə pul verir”.

 

 


Bu barədə AzEdu.az-a texnika emləri doktoru, professor Rafiq Əliyev bildirib. O qeyd edib:

 

 

“Alimə nə pul verirlər ki? Amerikada da dostalarım var. İlə 60 min dollar alırlar. Ondan da çıxılır. 40 min qalır. 40 min dollarla Amerikada yaşamaq çətindir. Ayaqla oynanılanı başa düşmək asandı, ondan ləzzət alırlar, amma beyinlə oynamağı başa düşmək çətindir. Sizə deyim, tarixi izləsəniz, Eynşteyndən tutmuş, bu günə kimi heç bir alimin ağ günü olmayıb. Hamısı sıxılıb.

 



Lütfi Zadə məşhurluğundan sıxılırdı. Qeyri-səlis məntiqlə bağlı onu o qədər tənqid edirdilər ki? Heç bir mənası yox idi. Qeyri-səlis məntiq məqaləsi 1965-ci ildə dərc olundu. Cəmi 8-10 səhifədir. 5 dəfə dünya jurnalları onu geri qaytarıb ki, burada yeni heç bir yanaşma yoxdur. Amerikada onu qəbul etmədilər. Yaponiya onun nəzəriyyəsini tətbiq etməyə başlayanda böyük sərmayələr qoydu və böyük gəlirlər əldə etdi. Sonra Amerika başa düşdü ki, burda nəysə var”.