Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-10 13:03:12
Milli Müdafiə Universitetində buraxılış mərasimi keçirilib

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursunun növbəti buraxılışına həsr olunan mərasim keçirilib.

AzEdu.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyevin təbriki akademik kursun dinləyicilərinə çatdırılıb.

Çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən dinləyicilərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Daha sonra məzunlara diplom və döş nişanları təqdim olunub, yaş kötüyünə xatirə lövhəsi vurulub.

Sonda xatirə şəkli çəkdirilib.