Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 15:38:00
BMU əməkdaşları "Beynəlxalq həftə”də iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşları Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində Polşanın Vroslav Biznes Tətbiqi Elmlər Universitetinin təşkil etdiyi “Beynəlxalq həftə-2023”də iştirak ediblər.

 

AzEdu.az xəbər verir ki, BMU-nun Xarici əlaqələr və layihələrin idarəolunması şöbəsinin müdiri Nərmin Ələkbərova, İqtisadiyyat və İdarəetmə fakultəsinin elmi işlər üzrə dekan müavini Fərid Cəbiyevin qatıldığı, Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən tədbir fikir və bilik mübadiləsi, beynəlxalq həmkarlarla əlaqələrin qurulması, genişləndirilməsi, ən qabaqcıl təcrübələrin paylaşılması məqsədi daşıyıb.

 

İngiltərə, Rumıniya, Danimarka, Çex Respublikası, Türkiyə, İspaniya, Belçika, Gürcüstan kimi ölkələrin nümayəndələrinin yer aldığı tədbirdə N.Ələkbərova BMU haqqında təqdimatla, F.Cəbiyev isə bakalavr tələbələri qarşısında mühazirə ilə çıxış edib.

 

Müxtəlif mövzular üzrə seminarlarla yekunlaşan “Beynəlxalq həftə”nin iştirakçıları ölkənin tarixi, milli mədəniyyəti ilə də tanış olublar.