Azedu.az

Məleykə Abbaszadə şagirdlərin sualını cavablandırdı

9 İyun 2023, 15:27
Məleykə Abbaszadə şagirdlərin sualını cavablandırdı

Bakı şəhəri 327 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş keçirilib.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az-a bildirilib ki, görüşdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Əziz Əzizov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə, IX-XI sinif şagirdləri iştirak ediblər.

 

Görüş zamanı M.Abbaszadə şagirdlərə buraxılış imtahanları, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul barədə ətraflı məlumat verib, məktəblilərin suallarını cavablandırıb.

 

Suraxanı RİH başçısı Əziz Əzizov buraxılış siniflərində təhsil alan şagirdlərlə görüşün xüsusi əhəmiyyətini vurğulayıb, növbəti imtahanlarda onlara uğurlar arzulayıb.

 

BŞTİ-nin Təhsilin Keyfiyyətinə nəzarət sektorunun müdiri Anar Mustafazadə məktəblərdə aparılan monitorinqlərin nəticələri, buraxılış imtahanlarının təhlilləri barədə danışıb.

Rusiyada DƏHŞƏTLİ ANLAR yaşanır - Ukrayna bu yerləri bombalayır
SORĞU
İlin ən yaxşı ali məktəb sözçüsü - kimi seçirsiz?
Səs ver
Son xəbərlərDaha çox