Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 11:04:11
Qabiliyyət imtahanlarının keçiriləcəyi tarixlər AÇIQLANIB

Dövlət İmtahan Mərkəzi (DİM) Ali təhsil səviyyəsinin Dekorativ təbiqi sənət və Dizayn ixtisasları üzrə qabiliyyət imtahanı komissiyalarından qeydiyyatdan keçmiş abituriyentlər üçün imtahan keçirəcək.

 

AzEdu.az xüsusi qabiliyyət tələb edən Dekorativ tətbiqi sənət və Dizayn ixtisasları üzrə rəsm imtahanlarının keçirilməsi cədvəlini təqdim edir:

 

Açıklama yok. 

Qeyd olunan komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlər qeydiyyatdan keçdikləri səhifədən “İmtahana buraxılış vərəqi”ni çap edə bilərlər.

 

İmtahanın nəticələri 3 gün ərzində elan olunur və DİM-in saytında – hər bir imtahan iştirakçısının müvafiq Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə qeydiyyatdan keçdiyi səhifəsində yerləşdirilir.

 

İki fəndən imtahanı olan QİK üzrə qeydiyyatdan keçən abituriyentlərə hər imtahan fənni üçün ayrıca buraxılış vərəqələri verilir. Təsviri sənət istiqamətinin iki fənn üzrə (rəsm və rəngkarlıq) imtahanı olan komissiyaları bunlardır: Rəngkarlıq, Qrafika, Dekorativ tətbiqi sənət, Heykəltəraşlıq. Dizayn və təsviri incəsənət müəllimliyi komissiyaları üzrə qeydiyyatdan keçən abituriyent yalnız bir imtahan - rəsm imtahanı verir.

 

Bir neçə QİK üzrə qeydiyyatdan keçən abituriyentlərin eyni məzmunlu imtahanlarda təkrar iştirakının qarşısını almaq məqsədilə aşağıdakı fənlər üzrə bir komissiyadan alınan müsbət qiymətin digər komissiyaların da eyni fənninə şamil edilməsi nəzərdə tutulur. Şamillər haqqında ətraflı məlumat “Abituriyent” jurnalınının xüsusi buraxılışı olan “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə nəşrdə verilmişdir.