Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 10:19:00
Ən gənc və ən yaşlı abituriyentlər imtahanlarda neçə bal topladılar? - DİM-dən AÇIQLAMA

Dövlət İmtahan Mərkəzi (DİM) 20 və 21 may tarixlərində II və III, 3 və 4 iyun tarixlərində isə I və IV ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarının 1-ci cəhdini keçirib.

 
AzEdu.az-ın məlumatına görə, DİM-in təşkil etdiyi builki qəbul imtahanlarının iştirakçıları arasında erkən yaşda orta məktəbdən məzun olan bir neçə yeniyetmə də var.  

Bununla yanaşı, imtahanlarda iştirak üçün ərizə vermiş abituriyentlər arasında 50, hətta 60 yaşı keçmiş məzunların olduğunu da qeyd etmək lazımdır.

 
DİM-in məlumatına görə, I ixtisas qrupunun imtahanına ərizə vermiş ən yaşlı abituriyent 1962‑ci ildən (61 yaş), ən gənci isə 2007-ci ildəndir (16 yaş).

II ixtisas qrupunun imtahanları üçün qeydiyyatdan keçənlər arasında ən yaşlı abituriyent 1970-ci ildən (53 yaş), ən gənci isə 2008-ci ildəndir (15 yaş).

III ixtisas qrupunun imtahanlarına sənəd verənlər arasında ən yaşlı abituriyent 1965-ci ildən (58 yaş), ən gənci isə 2008-ci ildəndir (15 yaş).

IV ixtisas qrupu üzrə qeydiyyatdan keçənlər arasında isə ən yaşlı abituriyent 1971-ci ildən (52 yaş), ən gənci isə 2007-ci ildəndir (16 yaş).

Maraqlıdır, ən yaşlı və ən gənc abituriyentlər ali məktəblərə qəbul imtahanlarının 1-ci cəhdini necə veriblər, onlar neçə bal toplayıblar, nəticələri qənaətbəxşdirmi?

AzEdu.az saytı bu və digər suallarla Dövlət İmtahan Mərkəzinə müraciət edib.

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, ən yaşlı və ən gənc abituriyentlərin nəticələrinə dair statistik məlumatlar ali məktəblərə qəbul prosesi başa çatdıqdan sonra açıqlanacaq:

 

“Çünki bəzi hallarda bir çox yaşlı insan nəyinsə xatirinə sadəcə imtahan vermək üçün qeydiyyatdan keçir və sonra ixtisas seçimində iştirak etmir. Buna görə də indidən o adların açıqlanması düzgün deyil. Qəbul prosesi başa çatdıqdan sonra tələbə adı qazanmış ən yaşlı və ən gənc abituriyentlərin adları ictimaiyyətə təqdim ediləcək”.