Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-09 16:30:00
Azərbaycanda çalışan alman müəllim: “Bakıda təbiət üçün darıxıram” - MÜSAHİBƏ

Lyudmila Klotz: "Azərbaycanda çay içməyin başqa ləzzəti var"


Azərbaycan universitetlərində təkcə əcnəbi tələbələr təhsil almır, həm də müxtəlif xarici ölkələrdən olan müəllimlər də fəaliyyət göstərir. Ali təhsil ocaqlarımızda çalışan əcnəbi müəllimləri ölkəmizə gətirən səbəblər nədir, onlar Azərbaycanla bağlı hansı təəssüratlara malikdirlər...


AzEdu.az Azərbaycandakı ali təhsil müəssisələrində çalışan əcnəbi müəllimlərlə silsilə müsahibələr təqdim edir.

Saytımızn "Əcnəbi müəllim" layihəsinin növbəti müsahibi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dərs deyən Lyudmila Klotzdur.

 

ADNSU-da bir sıra ölkələrdən olan əcnəbi müəllim çalışır. Lyudmila Klotz Bakıya Almaniyadan gəlib.
 

Lyudmila xanım ölkəmizə gəlişi, iş həyatı, müəllimlik fəaliyyəti ilə bağlı təssüratlarını əməkdaşımızla bölüşüb.

 

Müsahibimiz Azərbaycan dilini bilmədiyinə görə, onunla rus dilində söhbət etdik.    

 

-Lyudmila xanım, özünüz haqqında qısaca olaraq oxucularımıza məlumat vermənizi xahiş edirik...

 

- Mən Qazaxıstanda yaşayan etnik alman katolik ailəsində anadan olmuşam. Mənim əcdadlarım 1917-ci il inqilabından əvvəl Ukraynanın cənubunda almanlarım məskunlaşdıqları qəsəbələrdə yaşayıb. Onlar həmin qəsəbəyə vaxtilə Rusiya İmperiyasına rəhbərlik etmiş çariça II Yekaterinanın dəvəti ilə Almaniyanın cənub-qərbindən köçmüşdülər. 

1973-cü ildə ailəm öz tarixi vətəni olan Qərbi Almaniyaya mühacirət edə bildi. Orada orta məktəbi və Göttingen Universitetinin Filologiya fakültəsini alman və slavyanşünaslıq ixtisası üzrə bitirdim. 

Müxtəlif sahələrdə çalışmışam: əvvəlcə universitetdə, sonra institutun iki nəşriyyatında, daha sonra Almaniya hökumətinin xarici ölkələrdə proqram və layihələrini həyata keçirən müxtəlif təşkilatlarında fəaliyyət göstərmişəm. 

Beləliklə, mən Şərqi Avropanın bir çox ölkələrində olmuşam. Hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetində DAAD (Alman Akademik Mübadilə Xidməti) proqramı üzrə alman dili müəllimi kimi çalışıram. Əvvəllər Tbilisidə (1995-2001) və Kiyevdə (2014-2019) oxşar vəzifədə çalışmışam.  Ona görə də xarici ölkələrdə xeyli iş təcrübəm var.

 

- Nə qədər vaxtdır Azərbaycanda yaşayırsınız?

 

- Bakıya 2021-ci ilin sentyabrında gəlmişəm, heç 2 il olmaz.

 

- ADNSU-da işləməyə necə qərar verdiniz?

 

- Yenidən xaricdə, yəni Qafqaz regionunda işləmək istədim, çünki bu bölgəni çox sevirəm.

 

No description available.

- Burada tək yaşayırsınız, yoxsa ailənizlə?

 

- Bakıda təqaüdə çıxan ərimlə birgə yaşayıram. O, Tbilisidəndir. Buna görə də burada yaşamaq onun üçün çətin deyil, özünü demək olar ki, vətənindəki kimi olduğu kimidir.  Uşaqlarımız artıq yetkindirlər və onlar Almaniyada yaşayırlar.

 

- Azərbaycanın həyat tərzinə necə uyğunlaşdınız?

 

- Çox yaxşı. Bakı və ümumilikdə Azərbaycan mənim üçün tanış yerlərdir. 1990-cı illərdə rəhbərlik etdiyim müxtəlif layihələr çərçivəsində mütəmadi olaraq bura ezamiyyətlərə gəlirdim. Ona görə də bu qədər ildən sonra yenidən ölkənizə gəlmək mənim üçün çox maraqlı oldu.

 

- Burada yaşayarkən hansısa çətinliklərlə üzləşmisiniz?

 

- Deməzdim ki, hansısa çətinliklə üzləşmişəm. Burada hər bir əcnəbinin qarşılaşdığı və özünəməxsus xüsusiyyətləri olan müəyyən bürokratik prosedurlar var. Bu, bəzən səbr tələb edir. Belə prosedurlar harada yoxdur ki?! Hər ölkənin öz bürokratiyası var, ona görə də mən bunu rahat qəbul edirəm. Bakıda olduğum müddətdə bəzən darıxdığım yeganə şey təbiətdir. Bəli, burada parklar var, lakin onlar çox səliqəli saxlanılır. Yaxınlıqda meşə yoxdur.

 

- Tələbələrinizlə münasibətləriniz necədir?

 

- Çox yaxşı. Mən mütəmadi olaraq tələbələrim arasında anonim sorğu keçirərək, dərslərimizə qiymət vermələrini xahiş edirəm. Hər dəfə onların müsbət rəyləri ilə qarşılaşdıqda çox məmnun oluram.  Mənim kredom hər bir tələbənin şəxsiyyətinə bir fərd kimi hörmət etməkdir.

 

-Müəllim heyəti ilə münasibətiniz necədir? Nə vaxtsa aranızda anlaşılmazlıq yaranıb?

 

- Həmkarlarımla münasibətlərim çox mehribandır. Məni həmişə hər bir işimdə dəstəkləyirlər, buna görə onlara çox minnətdaram.

 

No description available.

Universitet tədbirlərində və şənliklərində iştirak edirsinizmi?

 

- Əlbəttə! Mənim universitetimdə belə tədbirlərin keçirilməməsinə baxmayaraq, digər universitetlərdə və ya Azərbaycan Alman Müəllimlər Birliyinin təşəbbüsü ilə keçirilən alman dili, alman mədəniyyəti və Almaniya ilə bağlı tədbirlərdə fəal iştirak edirəm.

 

Bakıdan başqa Azərbaycanın hansı bölgəsində olmusunuz?

 

- Mən Şəkidə, Gəncədə, Lənkəranda və təbii ki, Bakı şəhərinin müxtəlif görməli yerlərində olmuşam.

 

- Azərbaycanın mətbəxinə və adət-ənənələrinə münasibətiniz necədir?

 

- Mən Azərbaycan mətbəxini, ümumiyyətlə, Qafqaz mətbəxini çox bəyənirəm. Azərbaycandakı çayın dadını çox bəyənirəm. Xüsusilə burada çay içməyin başqa ləzzəti var. Azərbaycanın tarixinə, mədəniyyətinə gəlincə, burada gördüklərimə daha çox marağım artır və yeni şeylər öyrənirəm. Ümumiyyətlə, yeni mədəniyyətlərlə tanış olmağı sevirəm.

 

Gələcək karyera planınız hansı istiqamətdədir?

 

- Tezliklə Bakıdakı fəaliyyətimi başa vuracağam və bununla bağlı, bəlkə də necə deyərlər, peşəkar karyerama son qoyacam. Yaş bunu tələb edir. Ancaq çətin ki, əllərimi bükərək evdə oturam.  Uşaqların və böyüklərin təhsili ilə bağlı layihələr şəklində həyata keçirmək istədiyim çoxlu ideyalarım var.