Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 16:52:38
UNEC-də Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

UNEC-in İqtisadiyyat və idarəetmə fakültəsində 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

Universitetdən AzEdu.az-a bildirilib ki, tədbiri fakültənin dekan müavini Mehriban Kərimzadə açaraq, qeyd edib ki, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daima xalqına arxalanan və xalqına arxa, dayaq olan Ümummilli Lider Heydər Əliyevdir. M.Kərimzadə bildirib ki, Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb.

 

Sonra ÜFTTD-nin baş müəllimi Cəmilə Həsənova çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə baş vermiş sosial-iqtisadi və siyasi inkişaf dövlətimizin möhkəmlənməsində, sivil dünyaya sıx inteqrasiya prosesinə qoşulmasında və xalqımızın strateji mənafelərini təmin edən modern cəmiyyətin qurulmasında həlledici rol oynayıb.