Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-08 10:32:09
Tibb elmində İLK: İnsanlar qripə yoluxmayacaqlar - Dərmanı tapıldı


Tədqiqatçılar virusun hüceyrələrimizə daxil olmasının qarşısını almağa müvəffəq olurlar


A qrip virusunun insan hüceyrələrinə nüfuz etməsinə imkan verən reseptoru bloklamaqla tədqiqatçılar onun orqanizmə yoluxma qabiliyyətini əhəmiyyətli dərəcədə azalda biliblər

 

Qrip epidemiyaları hər il dünyada yarım milyon insanı, Fransada isə 10-15 min insanı öldürür. Bu viruslar, həmçinin 2023-cü ilin may ayında Fransanın 81 fermasında heyvanları da məhv edə bilir .Bu barədə nəticələr "PNAS" jurnalında dərc olunub.

AzEdu.az Fransanın "sciencesetavenir.fr" saytına istinadən xəbər verir ki, A virusu B virusundan fərqli olaraq, əvvəlcə köçəri su quşlarının, xüsusən də ördək və qazların müəyyən növlərində olur. O, məməlilərdə, o cümlədən insanlarda keçə bilən bir xəstəliyə səbəb olur. Hər iki virus pnevmoniya riskinə yol açır. Amma alimlər artıq qripə yoluxmanın qaşrısını almaq üçün tədqiqata başlayıblar və müsbət nəticə əldə edə biliblər.


Cenevrə Universitetinin dosenti və bu tədqiqatın həmmüəllifi Mirko Şmolke izah edir ki, alimlər əvvəlcə virusun hüceyrəyə daxil olmaq üçün istifadə etdiyi zülalı müəyyən ediblər: transferin 1 reseptoru. Daha sonra tədqiqatçılar transferrin 1 reseptoru olmayan ağciyər hüceyrələrini yaratmaq üçün "CRISPR/Cas9" adlı genetik qayçıdan istifadə ediblər. Bu reseptor üçün genin silinməsi qrip virusunun erkən replikasiyasını 50-60 faiz azaldıb. Bu, bizə göstərdi ki, transferrin reseptoru hüceyrələrə daxil olmaq üçün təkcə zəruri deyil, həm də kifayətdir. Tək bir zülalın virusa bu qədər güclü təsir göstərə biləcəyi məni çox təəccübləndirdi. Bu texnikanı insanlara uyğunlaşdırmaq üçün tədqiqatçılar uyğun kimyəvi inhibitor tapmalı olacaqlar, çünki sınaq mərhələlərində istifadə edilən toksik hesab olunur".

Mikrobioloq onu da əlavə edib ki, bir ana zülaldan birbaşa istifadə edərək, tədqiqatçılar antiviral dərmanların hazırlanmasında çox yayılmış bir problemi həll edirlər: "Ümid edirik ki, antiviral dərmanların hazırlanması sahəsində mütəxəssislər bizim nəticələrimizi götürüb insanlar üçün dərmana çevirə biləcəklər".