Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-07 14:26:00
Ədalət Muradov Türk Universitetləri rektorlarının iclasına sədrlik edir
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Özbəkistanda səfərdədir.
 
Universitetdən AzEdu.az-a bildirilib ki, rektor Ədalət Muradov Türk Universitetlər Birliyinin (TÜRKUNİB) sədri kimi UNEC-in ilk tədbiri olan Rektorların Xüsusu İclasında iştirak üçün Səmərqənd şəhərindədir.
 
Qeyd olunub ki, tədbirdə UNEC-in sədrliyi dövründə (2023-2024-cü illər) TÜRKUNİB-in fəaliyyətinə dair UNEC-in hazırladığı Yol Xəritəsi layihəsi, Orhun mübadilə proqramının mövcud vəziyyəti, Türk universitetləri arasında kommunikasiyanın gücləndirilməsi, TÜRKUNİB-in saytının təkmilləşdirilməsi və digər məsələləri müzakirə ediləcək.
 
Türk Universitetlər Birliyinin ötən ilin noyabrında Qazaxıstanın Türküstan şəhərində keçirlimiş VI yığıncağında UNEC 2023-2024-cü illər üzrə TÜRKÜNİB-in sədri seçilib.

Birliyin sədri vəzifəsini UNEC rektoru professor Ədalət Muradov həyata keçirir.

TÜRKUNİB Azərbaycan universitetlərinin türk dövlətləri ilə elm və təhsil sahəsində əməkdaşlıq etdiyi mühüm platformadır. 

Türk Dövlətləri Təşkilatları çərçivəsində fəaliyyət göstərən bu platformanın məqsədi türk dövlətləri universitetləri arasında əməkdaşlığın institutlaşdırılmasına nail olmaqdır.

Türk dünyasına üzv ölkələr arasında ali təhsil sahəsi üzrə iş birliyini həyata keçirmək məqsədilə ilə yaradılmış TÜRKUNİB 2012-ci ildə təsis edilib. Hazırda birliyin 50-yə yaxın üzvü var.

Azərbaycandan 5 universitet (Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti) bu birliyin üzvüdür.


UNEC TDT Türk Universitetlər Birliyinin sədri seçilib