Azedu.az

Sığınacaqdakı yanğında uşaq ölüb

4 İyun 2023, 12:15
Sığınacaqdakı yanğında uşaq ölüb

Almaniyanın Apolda şəhərində (Türinqiya) qaçqınlar üçün sığınacaqlardan birində bazar günü yanğın baş verib.

 

AzEdu.az xəbər verir ki, MDR telekanalının yerli polisə istinadən məlumatına görə, 8 nəfər yaralanıb, bir uşaq ölüb.

 

Məlumata görə, uşaq evinin yerləşdiyi bina tamamilə yanıb. Orada 300-ə yaxın insan yaşayırdı. Yanğının söndürülməsində 100-ə yaxın yanğınsöndürən iştirak edib.

 

Hadisənin səbəbi araşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox