Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-06-03 11:54:58
Qalib ölkənin xoşbəxt uşaqları

Bu gün Bakı şəhəri, Binəqədi rayonu Əliağa Şıxlinski adına 135 nömrəli tam orta məktəbdə ibtidai təhsil pilləsini ugurla başa vuran 4a sinfinin buraxılış gecəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Qalib ölkənin xoşbəxt uşaqları” adlanan gecədə şagirdlərin ifasında ədəbi-bədii kompozisiya göstərilib. Uşaqlar vətənpərvərlik ruhunda mahnılar oxuyub, şeirlər söyləyiblər. Onların rəngarəng, maraqlı rəqsləri şənliyi daha da rövnəqləndirib.

 

Tədbirə məktəbin hazırlıq qrupunun şagirdləri də qoşulublar. Onlar özlərindən bir pillə öndəki böyük qardaş-bacılarını – ibtidai təhsili başa vuran məktəbliləri gözəl mahnı və rəqsləri ilə təbrik edib, məzunlardan ibtidai təhsil estafetini təhvil alıblar.

 

Gecədə 4a sinfinin rəhbəri Şəhla Rzayeva və məktəbin direktoru Şəfa Qurbanova çıxışlarında uşaqları təbrik edib, onlara təhsildə uğur diləyiblər. Şagirdlərə xüsusi diplomlar təqdim olunub.