Azedu.az

İtkin düşən yeniyetmə TAPILDI

2 İyun 2023, 22:40
İtkin düşən yeniyetmə TAPILDI

Bir neçə gün bundan qabaq itkin düşən Cəlilabad sakini tapılıb.

 

AzEdu.az xəbər verir ki, Cəlilabad rayon sakini, 2009-cu il təvəllüdlü Pünhan Ceyhun oğlu Quliyevin tapılması istiqamətində zəruri axtarış tədbirləri həyata keçirilib.

 

Keçirilən axtarış tədbirləri nəticəsində P.Quliyevin Bakı şəhərində olduğu məlum olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, azyaşlının olduğu yer müəyyən edilib və artıq ailəsinə təhvil verilib.

QIZĞIN DEBAT! Ramiz Mehdiyevlə Əli Həsənov DİNDİRİLMƏYƏ ÇAĞIRILDI
Son xəbərlərDaha çox