Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-31 13:21:26
“Bir peşənin sirri” festivalı keçiriləcək

İyunun 10-da Peşə Təhsili üzrə Dövlət Agentliyi, Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının birgə əməkdaşlığı ilə dənizkənarı bulvar ərazisindəki Saat meydanında “Bir peşənin sirri” festivalı təşkil olunacaq. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd peşə təhsilinin əhatə dairəsini daha da genişləndirmək, gənclərin, valideynlərin, o cümlədən bütün maraqlı tərəflərin bu prosesə cəlb edilməsini təmin etməkdir. 

 

Festivalda qonaqları Bakı və müxtəlif regionları təmsil edən peşə təhsili müəssisələrinin turizm, sənaye, sənətkarlıq, kənd təsərrüfatı, İKT və ictimai iaşə istiqamətlərində təhsil alan tələbələrinin əl işlərindən ibarət sərgilər, ustad dərsləri və müxtəlif fəaliyyətlər gözləyir. Bununla yanaşı, tədbir iştirakçıları üçün “WorldSkills Azerbaijan” platforması çərçivəsində əyləncəli oyun və viktorinaların keçirilməsi nəzərdə tutulur.