Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-30 13:17:08
II və III qruplar üzrə imtahanların nəticələri bu həftə açıqlanacaq - DİM

II və III qruplar üzrə qəbul imtahanının nəticələrinin bu həftə ərzində elan olunması nəzərdə tutulur.


Bu barədə Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumatda bildirilib.


“Qeyd edək ki, hər hansı bir imtahanın nəticəsi hazır olan kimi elan olunur. Dəqiq gün və saat demək mümkün deyil. II və III qruplar üzrə qəbul imtahanının nəticələri bu həftə ərzində elan olunacaq”.


Xatırladaq ki, II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1-ci cəhdi 20-21 may 2023-cü il tarixlərində keçirilib.

II ixtisas qrupu üzrə imtahanda 28 mindən çox, III ixtisas qrupu üzrə imtahanda isə 22 mindən çox abituriyent iştirak edəb.