Dövlət İmtahan Mərkəzi (DİM) iyun ayında bir sıra imtahanlar keçirəcək.
AzEdu.az saytı DİM-in iyunda keçirəcəyi imtahanların siyahısı və tarixlərini təqdim edir:
I qrup üzrə RK və Rİ altqruplarının hər ikisini seçən abituriyentlər üçün informatika fənni üzrə əlavə imtahan - 3 iyun;
QƏBUL İMTAHANI – IV ixtisas qrupu üzrə (1-ci cəhd) - 3 iyun;
QƏBUL İMTAHANI – I ixtisas qrupu üzrə (1-ci cəhd) - 4 iyun;
Magistratura səviyyəsinə qəbul imtahanı (2-ci cəhd) - 11 iyun;
Azərbaycan dili imtahanı (dövlət dili kimi, 9 və 11-ci sinif, cari və əvvəlki il məzunları üçün (2-ci cəhd)) - 18 iyun.