Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-28 16:59:00
Qəzaya düşən məktəb direktoru ölüb -YENİLƏNİB

Lənkəranda baş verən qəzada ağır yaralanan məktəb direktoru Ramiz Məmmədov vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Ramiz Məmmədov ağır vəziyyətdə Masallı rayonunda özəl xəstəxanaların birinə yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

 

15:53

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, yol nəqliyyat hadisəsi Lənkəran rayonunun Hirkan - Daşdatük - Biləsər yolunda qeydə alınıb.

 

Ramiz Məmmədovun idarə etdiyi "Nissan Tida" markalı minik avtomobili turistləri daşıyan iri tutumlu avtobusla toqquşub.

 

Nəticədə "Nissan Tida"nın sürücüsü və maşındakı sərnişinlər – 1957-ci il təvəllüdlü Tahir Zülfüqarov və 1951-ci il təvəllüdlü Şakir Həbibov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Sürücünün vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

 

Qeyd edək ki, Ramiz Məmmədov Lənkəran rayonunun Liman şəhərində 2 saylı məktəbin direktorudur. Şakir Həbibov LDU-nun riyaziyyat kafedrasının müəllimidir. Tahir Zülfüqarov isə LDU-da inzibati işdə çalışır.

 

Turist avtobusunda olan sərnişinlərdən xəsarət alan olmayıb.

 

Faktla bağlı araşdırma aparılır.