Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-25 12:46:26
Azərbaycan Universitetinin üç əməkdaşı “Ekspert Bankı”na daxil edilib

Azərbaycan Universitetinin İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev, Tədris şöbəsinin müdiri Tariyel Qəni və şöbənin baş metodisti Yusif Növruzov keyfiyyət təminatının qiymətləndirilməsi üzrə ekspert təliminin “ATM-lərin akkreditasiyası üzrə qiymətləndirmə meyarları”na dair üç modulu uğurla başa vuraraq akkreditasiya eksperti adına layiq görülüblər.

 

Universitetdən AzEdu.az-a bidirilib ki, təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Ekspert Bankı”na daxil edilən əməkdaşlarımıza sertifikatları agentliyin təşkilatçılığı ilə keçirilən “Ali təhsildə keyfiyyət təminatı və keyfiyyətin gücləndirilməsi” adlı beynəlxalq forumun açılış mərasimində təqdim edilib. 

 

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi öz Nizamnaməsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində təhsil sahəsində fəaliyyət göstərən müəssisələrin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya proseslərində iştirak etmək istəyən və “Ekspert Bankı”na CV ilə müraciət etmiş namizədlər üçün Agentlik tərəfindən müvafiq təlimlər təşkil olunur və təlimi uğurla başa vuran namizədlər sertifikatlaşdırılırlar. Yanlız sertifikat əldə etmiş mütəxəssislər müvafiq akkreditasiya komissiyasının üzvü olaraq akkreditasiya prosesinə cəlb olunurlar.