Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-24 08:30:00
ADNSU Bahçeşehir Universiteti ilə Memorandum imzalayıb

Mayın 23-də Türkiyənin Bahçeşehir Universitetinin rektoru, professor Şirin Karadenizin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) səfərdə olublar.

AzEdu.az xəbər verir ki, qonaqlar ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşüblər. ADNSU-nun professor-müəllim heyətinin də iştirak etdiyi görüşdə rektor, professor Mustafa Babanlı rəhbərlik etdiyi universitetin tarixi, keçdiyi inkişaf yolu və burada hazırda mövcud olan müasir təhsil və tədris sistemi haqqında ətraflı məlumat verib. Rektor, professor Mustafa Babanlı qonaqlara həmçinin, ADNSU-nun beynəlxalq əlaqələri, elmi nailiyyətləri haqqında da danışaraq diqqətə çatdırıb ki, dünyanın bir neçə nüfuzlu ali thsil müəssisəsi ilə, o cümldən qardaş ölkənin təhsil ocaqları ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Qarşılıqlı səmimi ortamda keçən görüşdə Bahçeşehir Universiteti ilə əməkdaşlığın hər iki universitet üçün uğurlu nəticə verəcəyinə ümidvar olduğunu qeyd edən rektor, professor Mustafa Babanlı birlikdə icra olunacaq perspektiv layihələrdən danışıb, konkret hədəfləri iştirakçıların diqqətinə çatdırıb.

Azərbaycanın qocaman və öncül ali təhsil ocağı olan ADNSU-da olmaqdan məmnun olduğunu bildirən Bahçeşehir Universitetinin rektoru, professor Şirin Karadeniz bu universitetin tarixi, yetişdirdiyi ixtisaslı mühəndis kadrlar haqqında kifayət qədər məlumatlı olduğunu xatırladıb. Tədbirdə xanım rektor Bahçeşehir Universiteti haqqında ətraflı məlumat verib və qeyd edib ki, onun rəhbərlik etdiyi təhsil ocağı gənc olmasına baxmayaraq mühəndis profilli təhsil müəssisəsi kimi kifayət qədər uğuralara imza atıb. O, həmçinin digər mühəndis profilli qabaqcıl universitet olan ADNSU ilə əməkdaşlığın yüksək səmərə verəcəyinə əmin olduğunu bildirib.

Görüşdə həmçinin, ADNSU ilə Bahçeşehir Üniversitesi arasında bu və ya digər istiqamətdə əməkdaşlıq məsələləri, o cümlədən birgə elmi işlərin aparılması, tədris proqramlarının razılaşdırılması, tələbə və müəllimlərin mübadiləsinə dair müzakirələr aparılıb. Sonda tərəflər bu və digər istiqamətlər üzrə birgə əməkdaşlığın təmin olunması məqsədi ilə Memorandum imzalayıblar.