Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 16:53:00
Regionlar üzrə ən çox bal toplayanlar - Dağlıq Şirvan bölgəsinin 9-CULARI

Dövlət İmtahan Mərkəzi (DİM) 9, 16 və 30 aprel tarixlərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.


İmtahanların nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin adlarını açıqlayıb. 300 bal toplayan 9-culardan biri Bakı, digəri isə Naxçıvandakı məktəbin şagirdidir. 


Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış 9-cu sinif şagirdləri kimlərdir?

 

AzEdu.az təhsil portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.

 

Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.

 

Budəfəki yazımızda Dağlıq Şirvan Regional Təhsil İdarəsinin əhatə etdiyi İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonları üzrə ən yüksək bal toplayan 9-cu sinif şagirdlərinin adlarını diqqətinizə çatdırırıq.  

 

İdarədən AzEdu.az-a verilən məlumata əsasən, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan IX sinif şagirdlərinin buraxılış imtahanında göstərdiyi nəticələrə əsasən 160 nəfər şagird (İsmayıllı-87, Şamaxı-38, Ağsu-18, Qobustan-17) 200-dən artıq bal toplayıb.

Bu şagirdlər arasında ən yüksək nəticəyə isə İsmayıllı rayonundan olan şagird imza atıb.


Açıklama yok.
 

İsmayıllı rayonu və region üzrə ən yüksək nəticəni İsmayıllı rayon Talıstan kənd tam orta məktəbinin şagirdi Allahverdili Nurcan Natiq qızı göstərərək 284 bal toplayıb.

***

Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 9-cu sinif şagirdlərini də təqdim edirik:

 

Açıklama yok.
Şamaxı rayonu üzrə ən yüksək nəticə göstərən şagird Şamaxı Avropa liseyinin 9-cu sinif şagirdi Səməndərova Adilə Rahim qızıdır. O, buraxılış imtahanında 271 bal toplayıb.

***

Açıklama yok.

Ağsu rayonu üzrə ən yüksək nəticə göstərən şagird Ağsu rayon İlxıçı kənd tam orta məktəbinin 9-cu  sinif şagirdi Rəhimova Xədicə Toğrul qızıdır. O, buraxılış imtahanında 271 bal toplayıb.

 
***

 Açıklama yok.

Qobustan rayonu üzrə ən yüksək nəticə göstərən şagird Qobustan şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Təhməzov İsmayıl Şamxal oğludur. O, buraxılış imtahanında 263 bal toplayıb.