Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-23 09:00:00
Avropanın bu universitetində pulsuz təhsil almaq mümkündür - SİYAHI

Azərbaycanlı gənclər arasında xaricdəki universitetlərdə təhsil almaq arzusunda olanlar ildən-ilə artır. Amma bu arzunu reallaşdırmaq heç də hamıya nəsib olmur. Ən böyük maneə isə təhsil haqqıdır. Yüksək təhsil haqları gənclərimizin xarici universitetlərdə oxumaq ümidinin gerçəkləşməsinə imkan vermir.


AzEdu.az xarici KİV-ə istinadən əcnəbi tələbələrin də pulsuz və ya ucuz təhsil ala biləcəyi Avropa universitetlərinin siyahısını diqqətə çatdırır:


Bergen Universiteti, Norveç (Universitet of Bergen )


Təhsil pilləsi: magistratura

Qiyməti: pulsuz (istənilən dövlət təhsil müəssisəsinin xərcləri tam dövlət tərəfindən ödənilir)

İxtisaslar: 25 istiqamət (humanitar, sosial və təbiət elmləri, tibb, texniki fənlər, psixologiya, təsviri incəsənət, musiqi və dizayn)

Tədris dili: İngilis dili.


İslandiya Universiteti, İslandiya (Universitet of İslandiya)


Təhsil pilləsi: bakalavr, magistratura

Qiyməti: illik idarəetmə haqqı 75,000 ISK (830 manat)

İxtisaslar: mühəndislik, kompüter elmləri və sosial elmlər

Tədris dili: İngilis dili.


Vyana Universiteti Avstriya (University of Vienna)


Təhsil pilləsi: bakalavr, magistr

Qiyməti: illik 1,453 avro (2426 AZN )

İxtisaslar: 15 fakültə (teologiya, hüquq, zoologiya və s.)

Tədris dilləri: Alman və ingilis dilləri


Münhen Universiteti. (Ludwig-Maximilians-Universität, Almaniya München)

Təhsil pilləsi: magistratura

İllik təhsil haqqı: 486 dollar (827 AZN)

Tədris dili: Alman dili.