Azedu.az

Bağçalara sənəd qəbulu dayandırılır - SƏBƏB

Xəbərlər

19 May 2023, 10:07
Bağçalara sənəd qəbulu dayandırılır - SƏBƏB

Mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq.

 

AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi bağçalara qəbulun dayandırılma səbəbini açıqlayıb.


Bildirilib ki, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır.

 

bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

TƏCİLİ! Xəzərdə faciə - Hərbçilər ö*ldü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox