Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-05-18 09:45:00
Belə davam edərsə, məktəblər müəllimsiz qalacaq

Təkrar könüllü attestasiyadan keçməyən müəllimlərin işdən çıxarılması fəlakətlə nəticələnə bilər.

AzEdu.az xəbər verir ki, bunu Ermənistanda təhsil üzrə tanınmış ekspert Atom Mxitaryan "Sputnik Ermənistan"a müsahibəsində deyib.

Ermənistanın elm, təhsil, mədəniyyət nazirinin müavinin Araxia Svacyan bir gün öncə bəyanat verərək könüllü qiymətləndirmədən ikinci dəfə keçə bilməyən müəllimlərin işini itərəcəklərini bildirib. 

"Artıq 100-dən çox məktəbdə vakant yerlər olduğu üçün fəlakətli vəziyyət yaranacaq. Bundan əlavə,  tədris ilinin sonunda 1400-dən çox müəllimin ali təhsillə bağlı problemləri olduğuna görə işini tərk edəcək. Qanunvericilikdə dəyişikliklər edilib. Bu o deməkdir ki, müəllimlərin təxminən 10%-i, yəni hər 10 müəllimdən 1-i məktəbi tərk etməlidir”, - deyə Mxitaryan bildirib .

Ekspert əmindir ki, bu cür yanaşma sonda ümumtəhsil sistemini məhv edəcək, onsuz da aşağı olan təhsil keyfiyyətinə mənfi təsir göstərəcək. Xüsusilə kənd yerlərində az maaş alan müəllimlər işini tərk etdikdən sonra məktəblər müəllimsiz qalacaq.

"Bütün bunlar bəzi ixtisaslar üzrə Pedaqoji universitetlərdə cəmi 2-3 abituriyent olması və ya heç olmaması fonunda baş verir. Yəni biz heç bir halda yaşlı nəsil müəllimlərini həvəsləndirmirik, onlara icazə vermirik. Onları əvəz edəcək heç kimin olmamasına baxmayaraq, yaşlılar təhsil sistemini tərk edirlər. Bir neçə ildən sonra bizdə kadr qıtlığı yaranacaq”, - deyə ekspert söyləyib.