Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-04-11 16:47:00
Bərdə təhsil mühasibatlığında külli miqdarda mənimsəmə aşkarlandı 

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsi tərəfindən rayonlar üzrə mərkəzləşdirilmiş mühasibatlıqlarda həyata keçirilən yoxlama prosesi zamanı Bərdə rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda əmək müqaviləsinə xitam verilmiş işçilərə dəfələrlə son haqq-hesab hesablanaraq dövlət büdcəsinə məxsus külli miqdarda pul vəsaitinin mənimsənildiyi müəyyən edilib.

Bu barədə AzEdu.az-a Qarabağ Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələyə hüquqi qiymət verilməsi məqsədi ilə toplanılmış sənədlər Bərdə rayon prokurorluğuna göndərilib.