Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-31 17:52:00
Məktəbdənkənar təhsil müəssisələrində Soyqırımı qurbanları anıldı

Məktəbdənkənar təhsil müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bu barədə məlumat verirlib.

 

Bildirilib ki, uşaq-gənclər inkişaf mərkəzlərində “Tarixin izi ilə”, “Tarixi həqiqətlər unudulmamalı, öyrənilməlidir”, “Soyqırımının acı xatirələri”, “Mart soyqırımını unutmadıq” adlı ədəbi-bədii kompozisiyalar, "dəyirmi masa"lar, “açıq dərs”lər keçirilib, əl işləri və rəsmlərdən ibarət sərgilər təşkil olunub, həmçinin sənədli filmlərə baxış keçirilib.

 

Tədbirlər zamanı uşaqların ifasında vətənpərvərlik mövzusunda şeirlər də səslənib.

 

Tədbirlərin keçirilməsində məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir.