Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-30 14:50:00
Bu müəllimlər üçün sertifikasiyada vaxt 60 dəqiqə ARTIRILACAQ

Əlillərin əmək hüquqlarının qorunması, onların digər şəxslərlə müqayisədə daha güzəştli və əlverişli şərtlərlə əmək münasibətlərinin təmin edilməsi həmişə aktual məsələlərdən olub.

 

Bu səbəbdən əlliliyi olan müəllimlərin sertifikasiya prosesində bir sıra güzəştlər müəyyən edilib.

 

AzEdu.az saytı xəbər verir ki, “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda bu məsələlər öz əksini tapıb.

 

Qeyd olunub ki, əlilliyi olan şəxslərin sertifikatlaşdırmanın test mərhələsində iştirakının təmin edilməsi üçün əlverişli şərait yaradılır.

Həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş təhsilverənlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün test mərhələsinin davametmə müddəti 60 dəqiqə artırılır.

 

Xatırladaq ki, bu ilin yayında ölkə üzrə bütün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri mərhələli şəkildə sertifikasiyaya cəlb olunacaqlar.