Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 13:55:00
DİM apreldə bu imtahanları keçirəcək - SİYAHI

Dövlət İmtahan Mərkəzi (DİM) apreldə növbəti imtahanlar keçirəcək.

 

AzEdu.az aprel ayında DİM tərəfindən keçiriləcək imtahanların siyahısını təqdim edir:

 

2 aprel tarixində keçiriləcək imtahanlar:

 

- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

 

- Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı (11 illik);

 

- Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı (11 illik);

 

- Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

 

- Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı.

 

- DSX məktəbinə qəbul imtahanı (V sinif)

 

- Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanı.

 

9 aprel tarixində keçiriləcək imtahan:

 

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona (Sabunçu, Səbail, Xətai, Nəsimi, Nərimanov, Gəncə (I hissə), Samux, Daşkəsən, Şəmkir, Şəki, Lənkəran, Astara, Biləsuvar, Ağdam, Ağcabədi, Ağsu, Zərdab, Kürdəmir, İmişli, Saatlı, Qusar, Siyəzən, Xızı, Şabran)

 

16 aprel tarixində keçiriləcək imtahan:

 

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – II zona (Qaradağ, Yasamal, Suraxanı, Binəqədi, Sumqayıt (I hissə), Abşeron (I hissə), Gəncə (II hissə), Göygöl, Tovuz, Gədəbəy, Qəbələ, Oğuz, Cəlilabad (I hissə), Masallı (I hissə), Yardımlı, Beyləqan, Füzuli, Zəngilan (Ağalı kəndi), Göyçay (I hissə), Ağdaş, Qobustan, Sabirabad, Neftçala, Hacıqabul, Xaçmaz (I hissə), Quba (I hissə))

 

30 aprel tarixində keçiriləcək imtatanlar:

 

- Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – III zona (Xəzər, Nizami, Sumqayıt (II hissə), Abşeron (II hissə), Pirallahı, 30 aprel Naxçıvan, Mingəçevir, Goranboy, Naftalan, Qazax, Ağstafa, Qax, Balakən, Zaqatala, Cəlilabad (II hissə), Masallı (II hissə), Lerik, Bərdə, Tərtər, Yevlax, Göyçay (II hissə), Ucar, Şamaxı, İsmayıllı, Şirvan, Salyan, Xaçmaz (II hissə), Quba (II hissə), Bakı xüsusi məktəblər (internat məktəbləri, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi ingilis, fransız və gürcü dilində olan məktəblər)

 

- Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı.

 

Qeyd edək ki, orta ixtisas təhsil müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında ərizə qəbulu 4-24 aprel tarixində aparılacaq.