Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 14:06:00
Uşaqlarınızı kitab oxumağa öyrədin - Kitabın FAYDALAR

Kitab oxumaq fərdlərin inkişafına böyük təsir göstərir. Kitab oxumağın insanların təfəkkür və təxəyyülünü təkmilləşdirmək, söz ehtiyatını artırmaq, insanlara müxtəlif təcrübə və biliklər vermək kimi bir çox faydaları var. Hər hansı bir mövzuda fikir sahibi olmaq istəyən fərd ilk növbədə o mövzuda “biliyə” malik olmalıdır. Bir mövzuda bilik əldə etmək o sahəni araşdırıb oxumaqla mümkündür.

 

AzEdu.az kitab oxumağın insan beyninə göstərdiyi müsbət təsirlə bağlı yazını təqdim edir:


Kitab oxumaq beynimizdəki sinir sistemlərini işə salır və aktivləşdirir. Kənardan gələn hər bir məlumat beynimizdə bir reaksiyaya və sinir hüceyrələrində yeni bir bağın yaranmasına səbəb olur.

Araşdırmalara görə, qocalığa görə funksiya itkisi ən az kitab oxuyan insanlarda müşahidə olunur.

Kitab oxuyarkən bir çox insan və məkanlarla rastlaşırıq. Bu yolla beyindəki sinapslar güclənir və xüsusilə qısamüddətli yaddaş daha çox inkişaf etdirilir. Araşdırmalar göstərib ki, ucadan oxumaq psixoloji problemlərə müsbət təsir göstərir. Bütün insanlar son vaxtlar stressdən şikayətlənirlər. Kitab oxumaq stressi 68% azaldır.


Mütaliə vərdişi qazanmış uşaqlar mürəkkəb problemlərdə digər uşaqlara nisbətən daha uğurlu nəticə və tapıntılar əldə edirlər:


Təhsil həyatına başlamazdan əvvəl kitabla məşğul olan uşaqlar təhsil həyatında heç bir çətinlik çəkmirlər. Hər kəsin bu həyatda bir məqsədi olmalıdır. Əgər fərd bu məqsədlə kitab oxuyarsa, məqsədinə çatma sürəti daha da artır. Məqsədlərə çatmağın yolu kitab oxumaqdan keçir.

 

Bundan əlavə, çoxlu kitab oxumaq imtahan zamanı sərf olunan vaxtı minimuma endirir:

Əgər imtahan verən tələbənin kitab oxumaq vərdişi varsa, o, sualları çox tez oxuyub asanlıqla cavablandıracaq. Araşdırmalar göstərib ki, kitab oxumaq təhsildə uğuru 35% artırır.

 

Kitab oxumaqla beynimizi qidalandırırıq:

Kitab oxumaq vərdişi olan insanlar, ümumiyyətlə, mövzuları asanlıqla başa düşmək və qavramaq qabiliyyətinə malikdirlər. Kitab oxumaq vərdişi insanın düşünmə qabiliyyətini artırır. Bir insanın bədənini yaxşılaşdırmaq üçün sağlam qida və içkilərə ehtiyacı olduğu kimi, beynimizin də sağlam məlumatlara ehtiyacı var. Bu sağlam məlumat nəticəsində beyin inkişafa davam edir. Beynin sağlam şəkildə inkişaf etməsi üçün mütləq kitab oxumaq lazımdır.

 

Kitab oxumaq yaddaşı gücləndirir:

Müasir cəmiyyətdə uşaqlar vaxtlarını daha çox kompüter, telefon, planşet və s. elektron məhsullarla keçirilər. Bu vasitələr uşaqların psixologiyasını pozmaqla yanaşı, onların yaddaşına da mənfi təsir göstərir. Əvəzində uşaqlara kitab oxumaq vərdişi verilsə, həm psixoloji, həm də əqli cəhətdən müsbət nəticələr əldə oluna bilər. Kitab oxuyan uşağın təxəyyülü, yaddaşı inkişaf edir.