Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-29 11:45:00
Tələb yeni, təklif köhnədir - Rektor    

İxtisaslar (xüsusilə iqtisadiyyat sahəsində) onilliklərdir ki, dəyişməz qalır və universitetlər də həmin ixtisaslar üzrə mütəxəssislər hazırlamaq məcburiyyətindədir.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNUC) rektoru Ədalət Muradov bildirib.

 

"İş dünyasında isə köklü dəyişikliklər baş vermişdir. Başqa sözlə, tələb yeni, təklif köhnədir! Problemin həlli yollarından biri sifariş əsasında mütəxəssis hazırlığı sistemini (dövlət və özəl!) təkmilləşdirməklə yanaşı, həm də ölkənin və dünyanın gələcək inkişaf perspektivləri nəzərə alınaraq universitetlər tərəfindən təklif edilən yeni ixtisaslar üzrə də mütəxəssis hazırlığının həyata keçirilməsi imkanlarına baxılması ola bilərdi. Dünyada böyük sürətli dəyişikliklər ali təhsil sisteminin həmin dəyişikliklərə çevik uyğunlaşdırılması modelinin qurulmasını tələb edir. Əgər mütəxəssis hazırlığında bazar mexanizmi olan tələb və təklif əsas götürülürsə, bu modelin işləməsini təmin edə bilən bazar prinsiplərinin də tətbiqi zəruridir. Bu prosesdə bazarın həcmi isə ayrıca müzakirə predmetidir!", - rektor qeyd edib