![](https://azedu.az/uploads/news/2023/03/azedu.az_dmukqemfd_757.jpg)
2 fevral 2023-cü il tarixində başlayan “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlər 25 mart 2023-cü il tarixində yekunlaşıb.
AzEdu.az xəbər verir ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlərin əsas mövzuları “Simulyasiya modellərinə giriş”, “AnyLogic simulyasiya proqramı ilə tanışlıq”, “Təchizat zəncirlərinin simulyasiya modellərinin qurulması”, “Anbar sistemlərinin modelləşdirilməsi”, “Avtomobil yolları və kəsişmələrin modelləşdirilməsi” və s. olub.
Təlimlərdə spiker qismində Amazon şirkətinin Avropa Birliyi üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxış edib.
Təlimlərdən AzTU-nun “Nəqliyyat logistikası və hərəkətin təhlükəsizliyi”, “Nəqliyyat texnikası və idarəetmə texnologiyaları”, “Beynəlxalq ticarət, logistika və marketinq”, və s. kafedralarının əməkdaşları faydalanıb. Təlimlərdə ümumilikdə 19 nəfər iştirak edib.
Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikat təqdim olunub.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)