Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-17 16:57:00
100 yaşlı məktəbin yubiley tədbiri keçirilib

Bakı şəhəri 44 nömrəli tam orta məktəbin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, “100 ilin şahidi” adlı tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Anar Məmmədov, millət vəkili Nigar Arpadarayi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Konstitusiya hüququ şöbəsinin müdiri Dürdanə Məmmədova, tanınmış müğənni, bəstəkar Akif İslamzadə, aktrisa Gülşad Baxşıyeva, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.

 

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbirdə çıxış edən məktəbin direktoru Əzizə Abbasova qonaqları salamlayaraq təhsil müəssisəsinin yaranma tarixi, keçdiyi inkişaf yolu barədə məlumat verib.

 

BŞTİ-nin müdir müavini A.Məmmədov məktəb kollektivini və məzunları 100 illik yubiley münasibəti ilə təbrik edib, bundan sonrakı fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Müdir müavini bildirib ki, bir əsrlik yol keçən məktəb zaman dəyişsə də, öz ənənələrinə sadiq qalaraq xalqımıza, dövlətimizə şərəflə xidmət edən şəxsiyyətlər bəxş edib. A.Məmmədov tarixin 100 illik şahidi olan təhsil ocağının bundan sonra da müstəqil Azərbaycanın layiqli vətəndaşlarını yetişdirmək işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.   

 Daha sonra məktəbin məzunları olmuş millət vəkili N.Arpadarayi, müğənni, bəstəkar, A.İslamzadə və aktrisa G.Baxşıyeva  çıxış edərək tədris ocağının kollektivini yubiley münasibətilə təbrik ediblər. Məktəb illəri və müəllimlərindən bəhs edən məzunlar yaddaşlarında silinməz izlər buraxan xatirələrindən danışıb, öz təəssüratlarını bölüşüblər.

Yubiley tədbirində şagirdlər qocaman məktəbin şahidlik etdiyi tarixi hadisələri əks etdirən ədəbi-bədii kompozisiya ilə çıxış ediblər. Tədbirdə, eyni zamanda ümumi təhsil müəssisəsinin tarixindən bəhs edən videoçarxlar nümayiş olunub.