Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-15 12:05:00
DİM-in Sənəd Qəbulu Komissiyaları bu yerlərdə fəaliyyət göstərir SİYAHI

Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü il martın 1-də başlayıb və 15-dək internet vasitəsilə aparılır.

AzEdu.az 
xəbər verir ki, Dövlət İmtahan Mərkəzi (DİM) abituriyentlərə kömək məqsədilə Sənəd Qəbulu Komissiyaları (SQK) da yaradıb.

Həmin komissiyaların faəliyyət göstərdiyi ərazilərin siyahısını təqdim edirik:

 

Komissiyalar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10-dan 17-dək fəaliyyət göstərirlər. DİM-in Bakı şəhərində yerləşən inzibati binaları:

 

- Bakı ş., Nəsimi r., Abdulvahab Salamzadə küç., 28

 

- Bakı ş., Nərimanov r., Koroğlu Rəhimov küç., 108A

 

DİM-in Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);

 

DİM-in Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);

 

DİM-in Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı, 52);

 

DİM-in Xaçmaz Regional Bölməsi (Xaçmaz ş., M.Ə.Rəsulzadə küç., 7b);

 

DİM-in Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182);

 

DİM-in Şirvan Regional Bölməsi (Şirvan ş., M.Rəsulzadə küçəsi, 19);

 

DİM-in Göyçay Regional Bölməsi (Göyçay ş., Rauf İsayev küçəsi, 43);

 

DİM-in Bərdə Regional Bölməsi (Bərdə ş., H. Əliyev prospekti, 88);

 

DİM-in Şəmkir Regional Bölməsi (Şəmkir ş., Bakı - Qazax şosesi, İnzibati bina – “west gate”).