Azedu.az

500-dək müəllim sertifikasiya imtahanı barədə məlumatlandırılıb

10 Mart 2023, 10:43
500-dək müəllim sertifikasiya imtahanı barədə məlumatlandırılıb

Təhsilverənlərin sertifikatlaşdırılması ilə əlaqədar olaraq Təhsil İnstitutunun müəllimlərlə keçirdiyi maarifləndirici görüşlər davam edir.

 

AzEdu.az xəbər verir ki, növbəti görüş 9 mart tarixində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat, həmçinin ibtidai sinif müəllimləri ilə keçirilib. Görüş Salyan şəhəri 2 nömrəli tam orta məktəbdə baş tutub.

 

Hər iki ixtisas üzrə 500-ə yaxın müəllimin iştirak etdiyi görüşdə ARTİ MDPİM-in direktoru Nəzakət Mehdiyeva, Şirvan-Salyan RTİ-nin müdiri Sənan Mənsimli, ARTİ İRM-in əməkdaşı Fəridə Həsənli, fənn və metodika üzrə mütəxəssislər iştirak ediblər.

 

Görüşdə təhsilverənlərin sertifikatlaşdırılması imtahanının qiymətləndirmə çərçivəsi müəllimlərə izah edilib və onları maraqlandıran suallara aydınlıq gətirilib.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox