Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 13:57:00
Azərbaycan Universitetinin 6 tələbəsi xaricdə təhsil alacaq

Azərbaycan Universitetinin 6 tələbəsi “Erasmus+” mübadilə proqramı çərçivəsində 2022/2023-cü ilin yaz semestrini 3 fərqli ölkədə davam etdirmək hüququ əldə edib. Proqramda iştirak etməyə haqq qazanmış tələbələrdən 4-ü bakalavriat, 2-si isə magistratura səviyyəsində təhsil alır. 

 

AzEdu.az xəbər verir ki, bakalavrlardan Baba Ağamoğlanov, Şirxan Aslanov Xorvatiyanın Dubrovnik Universitetində, Marina Nəsibova, Egemen Zafer Almaniyanın Koblenz Universitetində, magistrlarımız Ülkər Abdurrahmanlı və  Tural Həsənli isə  İtaliyanın Tusica Universitetində təhsillərini davam etdirə biləcəklər. Bakalavrlar Baba Ağamoğlanov Marketinq 4-cü kurs, Şirxan Aslanov Dövlət və ictimai münasibətlər 2-ci kurs, Marina Nəsibova Maliyyə 3-cü kurs, Egemen Zafer Biznesin idarə edilməsi 1-ci kurs, magistrlar Ülkər Abdurahmanlı Gənclərlə iş ixtisası üzrə 2-ci kurs,  Tural Həsənli isə Vergi və vergiqoyma ixtisası üzrə 2-ci kurs tələbəsidir.

 

Qeyd edək ki, beynəlxalq əlaqələrin genişləndirilməsi və mübadilə proqramlarında iştirak etmək Azərbaycan Universitetinin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Universitet “Erasmus+” Beynəlxalq Kredit Mobilliyi Proqramı ilə 2015-ci ildən əməkdaşlıq edir.