Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-07 11:47:50
Şəxsi kabinetin parolunu unudan abituriyentlərin DİQQƏTİNƏ!

Dövlət İmtahan Mərkəzinin (DİM) elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin (abituriyentin, bakalavrın, namizədin) şəxsi kabineti olmalıdır. Şəxsi kabinet bir dəfə yaradılır və daim istifadə edilə bilər. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin şəxsi kabinetində öz əksini tapacaq. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar. Vəsait DİM tərəfindən göstərilən xidmətlərin ödənilməsi üçün istifadə edilir.

 

Bəs şəxsi kabintinin parolunu unudan şəxslər nə etməlidir?

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, kabinetin parolunu unudan istifadəçi, DİM-in saytından yararlanaraq parolu bərpa edə bilər:

 

Şəxsi kabinet yaratdıqdan sonra onun parolunu unutmuş şəxslər ekabinet.dim.gov.az saytında “Giriş” bölməsinə daxil olub “Parolu unutmuşam” düyməsini sıxmaqla istifadəçi adını (Şəxsiyyət vəsiqəsinin FİN kodunu) və qeydiyyat zamanı daxil etdiyi elektron poçt ünvanını və ya təsdiq olunmuş telefon nömrəsini müvafiq sahələrə daxil edirlər. Bundan sonra sistem tərəfindən istifadəçiyə kod göndərilir. İstifadəçi həmin kodu müvafiq sahəyə daxil edib şəxsi kabinetə giriş üçün yeni parol təyin edir. Qeydiyyatdan keçən zaman elektron poçt ünvanı yazmayan və telefon nömrəsini təsdiq etməyən şəxslər isə DİM-ə və ya onun regional bölmələrindən birinə gəlib şəxsiyyət vəsiqəsini təqdim edərək parolu əldə edə bilərlər.