Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-03-03 09:00:00
Buraxılış imtahanlarında şagirdlərin ən çox səhv etdiyi suallar...

5 mart 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Pirallahı, Yasamal rayonlarında, Sumqayıt, Gəncə (I zona), Şirvan, Lənkəran, Yevlax, Şəki, Naftalan şəhərlərində, Goranboy, Göygöl, Şəmkir, Gədəbəy, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Kürdəmir, Ağdaş, Ağsu, Ucar, Masallı, Astara, Bərdə, Tərtər, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Xızı rayonlarında, Çilov adasında yerləşən 131 nömrəli tam orta məktəbdə, eləcə də tədrisi ingilis və fransız dillərində aparılan ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək.

 

Bu imtahanda abituriyentlərə müxtəlif (qapalı, açıq, situasiya) tipli  suallar təqdim olunur.

 

 

Bəs şagirdlər ən çox hansı tip suallarda səhvə yol verir?

 

 

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov AzEdu.az-a açıqlamasında buraxılış imtahanları ilə bağlı vacib məqamlara toxunub:

 

 

“İlk növbədə qeyd edim ki, Azərbaycan təhsil sisitemi 2008-ci ildən kurrikulum standartlarına uyğun olaraq tədris həyata keçirir. 2018-ci ildən etibarən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən orta ümumtəhsil müəssisələrini bitirənlərin bilik və bacarıqlarını kurrikulum standartlarına uyğun yoxlanılmasına başlayıb.


Baxmayaraq ki, Azərbaycanda 15 ilə yaxındır kurrikulum standartlarına uyğun tədris həyata keçirilir, hələ də bizim müəllimlərimiz dərsləri kurrikulum standartlarına uyğun olaraq tədris edə bilmirlər. Hətta məktəbdaxili qiymətləndirmələr belə, KSQ, BSQ-lər formativ, summativ qiymətləndirmələr kurrikulum standartlarına uyğun olmur, bu səbəbdən bizim şagirdlərimizin buraxılış imtahanındakı nəticələri müəyyən qədər zəif olur. Xüsusilə, biz bunu xarici dillərin tədrisi ilə bağlı qeyd etməliyik".

 

K.Əsədov imtahanda təqdim olunan sual tipləri barədə də danışıb:

 

"Azərbaycanda 2022-2023-cü tədris ili sona yaxınlaşır, bu il 11-ci sinifi bitirən şəxslər mart ayının 5-dən başlamaqla imtahan verəcəklər. Bu imtahanda onlara üç fəndən 85 test tapşırığı təqdim olunacaq. Bu da, üç model test tapşırığı formasında qruplaşdırılır. Birinci model qapalı tipli test tapşırıqlarıdır, cavablar variantlar formasında təqdim olunur. Digəri açıq tipli suallardır, imtahan iştirakçıları seçimi uyğunluq gözləməklə bu sualları cavablandırmalıdırlar. Digər suallar situasiya tipli suallardır ki, bunların özündə də müəyyən qədər dəyişiklik var".

 

Ekspert şagirdlərin ən çox səhvə yol verdiyi sual tiplərindən bəhs edib:

 

“Bizim şagirdlər əsasən riyaziyyat fənni üzrə açıq və situasiya tipli sualları cavablandırmaqda çətinlik çəkir. Xarici dil fənnində dinləmə tipli sualların cavablandırma faizinin aşağı olduğunu görürük. Onlar əsasən bu tip suallarda yanlışlığa yol verirlər.


Hər üç tipdə olan sualları təhlil etdikdə görə bilirik ki, qapalı tip suallara doğru cavab verilmə faizi daha yüksəkdir. Açıq tipli suallarda uyğunluğ, ardıcıllığın gözlənilməsi kimi modellərdə daha çox səhvlərə yol verirlər. Situasiya tipli suallarda tapşırığın həlinin cavablandırılması nəzərdə tutulur, buna baxmayaraq görürük ki, məktəblərdə onlara bu tip suallar zəif izah olunduğuna görə, situasiya tipli sualların birbaşa cavabını yazırlar. Bəzən bizim şagirdlərimiz doğru cavabı sual kitabçasına köçürən zaman müəyyən səhvlərə yol verir, diqqətsizlik edirlər".

 

“İnanıram ki, qarşıdan gələn imtahanda bizim şagirdlərimiz, bu tip səhvlərə yol vermiyəcəklər, doğru cavabları sual kitabçasıdan, cavab kartına daha diqqətli şəkildə köçürəcəklər",- deyə ekspert bildirib.